Livanın Hizbullah hərəkatı və Suriya ordusu İŞİD-ə qarşı Livanla sərhəddə hücumun dayandırılmasını elan ediblər.
Atəşkəs Bakı vaxtı ilə saat 08:00-dan etibarən qüvvədədir.
“Məqsəd terrorçular tərəfindən əsir götürülən Livan əsgərlərinin taleyinə aydınlıq gətirməkdir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə İŞİD terrorçuları Livan-Suriya sərhədində Hizbullaha təslim olmağa başlamışdı.