Rusiya strateji tərəfdaşı kimi Azərbaycana silah satmağa davam edəcək.
TASS-ın verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
O bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək.
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə (Azərbaycan və Ermənistan nəzərdə tutulur-red.) strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.
"APA"