Pakistanın şimal-qərbində Navaqay yaşayış sahəsində yol kənarında məsafədən idarə olunan bomba partladılıb.
Rusiya KİV-inin verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub.
Məlumata əsasən, təhlükəsizlik xidməti əməkdaşları ərazini mühasirəyə alıblar və terrorçuların axtarışına başlayıblar. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.