Pakistanın qərbindəki Bəlucistan əyalətində məbəddə partlayış baş verib.
İntiharçı terrorçunun törətdiyi partlayış nəticəsində azı 12 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Məlumata görə, terrorçu partlayıcı maddə ilə məbədə daxil olmağa çalışıb. Lakin polislər onu dayandırarkən özünü partladıb.
Partlayış nəticəsində itkilərin sayının arta biləcəyi istisna olunmur.