Rusiyanın Su-30 qırıcısı ötən şənbə günü Qara dənizin üzərində ABŞ-ın P-8A “Poseidon” kəşfiyyat təyyarəsini ələ keçirib.
Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Mişel Baldanzunun bəyanatına istinadən CNN telekanalı məlumat yayıb.
Onun iddiasına görə, Amerika təyyarəsi beynəlxalq hava məkanında idi və Rusiya hərbçilərinə qarşı hər hansı fitnəkar hərəkətlər etmirdi.
Rusiya Silahlı qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən isə bildirilib ki, Amerika təyyarəsinin Rusiyanın hava sərhədinə yaxınlaşmasından sonra Su-30-u havaya qaldırmalı olublar. Bundan sonra P-8A “Poseydon” trayektoriyanı dəyişərək Rusiyanın hava məkanından uzaqlaşıb.(publikaq.az)