ABŞ və YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) Rakkadan çıxmasına icazə verdiyi İŞİD terrorçuları “Fərat Qalxanı” bölgəsini hədəf alıb.
Türkiyə ordusunun Afrinə hücuma hazırlaşdığı bir vaxtda, İŞİD terrorçuları Cerablusa sızmağa hazırlaşır.
Məlumata görə, YPG İŞİD-dən aldığı bölgələrdəki terrorçuları “Fərat Qalxanı” xəttinə doğru istiqamətləndirir. İŞİD terrorçularının “Fərat Qalxanı” bölgəsində qanlı terror aktlarını planlaşdırdığı Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlarda da əksini tapıb. Məqsəd Türkiyə Silahlı qüvvələrinə hücumlar edərək diqqətin YPG-nin nəzarətindəki Afrindən uzaqlaşdırılmasıdır.
Qeyd edək ki, “Fərat Qalxanı” bölgəsi Türkiyə-Suriya sərhədində Cerablusdan Azezə qədər uzanan ərazidir. Bura Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən “terror dəhlizi”nin tamamlanmasının qarşısını almaq məqsədilə İŞİD terrorçularından təmizlənib.