Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində təhlükəsizlik orqanları ilə İŞİD terrorçuları arasında baş verən silahlı toqquşma nəticəsində 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb.
Bu barədə “TOLO News” telekanalı informasiya yayıb.
Məlumata görə, İŞİD terrorçularının təhlükəsizlik postuna hücumu nəticəsində həmçinin 3 polis əməkdaşı öldürülüb, 13 nəfər isə yaralanıb.