Suriya ordusu Ət-Tanf bölgəsində məhv edilən terrorçularda Avropa istehsalı olan REB aparatı aşkar edib.
Bu barədə informasiyanı Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz terrorçulardan çoxlu sayda sursat və İŞİD ədəbiyyatı müsadirə edildiyini bilidirib.
Qeyd edək ki, REB aparatı radioelektron kəşfiyyat, eləcə də düşmənin elektron sistemləri ilə mübarizə üçün istifadə edilir.(Axar.az)