Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Asos və Qəndil bölgələrinə hava əməliyyatı təşkil edib.
Bu barədə “Yeni Şəfəq” informasiya yayıb.
Asos və Qəndil istiqamətində bir qrup terrorçunun sərhəd məntəqələrinə hücum hazırlığında olduğu müşahidə edilib. Əməliyyat nəticəsində terrorçulara məxsus 11 hədəf məhv edilib.(Axar.az)