Ukrayna anti-terror gücləri Luqansk vilayətinin Katerinovka qəsəbəsində nəzarəti təmin edib.
“Obozrevatel” nəşri xəbər verir ki, bu haqda Feysbuk səhifəsində könüllü Yuri Mısyaqin yazıb.
“Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri hər şeyi sakitcə etdi. Qəsəbə sakinləri yenidən Ukraynaya qayıtdılar. Heç bir pozuntu olmadı. Qəsəbə Minsk razılaşmaları üzrə bizimdir. Ön mövqelərimizin harada olduğunu yazmaq lazım deyil. Amma qəsəbə Ukraynanın tam nəzarəti altındadır”, - o qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Ukrayna gücləri Luqansk vilayətinin Popasnyansk rayonunun Novoaleksandrovka kəndini separatçılardan azad edib. 2015-ci ildən Ukrayna hərbçiləri və “Luqansk Xalq Respublikası” separatçı qurumun gücləri kəndin müxtəlif kənarlarında idi. Kənd üzərində tam nəzarətin bərpasından sonra Ukrayna Silahlı qüvvələri mövqelərini iki kilometrdə irəli çəkə biliblər.(Publika.az)