Türkiyə Hava və Kosmik Sənaye (TAİ) şirkətinin istehsal etdiyi ANKA tipli pilotsuz uçan aparatların peykdən idarəetmə qabiliyyətinə sahib olan yeni versiyası ANKA-S türk ordusuna təslim edilib.
Testləri uğurla başa vuran 2 ədəd ANKA-S türk ordusunun ixtiyarına verilib.
Məlumata görə, ANKA-S milli uçuşa nəzarət, dost-düşmən tanıma sistemləri, təhlükəsizliyi və əməliyyat qabiliyyəti ilə aid olduğu sinfin ən qabaqcıl nümunələrindən biri kimi orduya qəbul edilib.
Avtomatik qalxma və enmə qabiliyyətinə sahib olan ANKA-S həmçinin qalxdığı yerdən asılı olmayaraq təcili vəziyyətlərdə hərbi bazalara özü enə bilir.(axar.az)