Pakistanın Xayber-Paxtunxva əyalətinin Svat dairəsində hərbi hissəyə edilən hücuma görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.
Dünən axşam hərbi hissənin idman meydançasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 11 hərbçi həlak olmuş, 13-ü yaralanmışdı. Yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.
Pakistanın Baş naziri Şahid Xakan Abbasi terror aktını pisləyib, günahkarların tapılacağını bildirib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Qanlı hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.