Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində ağır zərbə alan YPG terrorçuları mövqelərində ABŞ və Rusiya istehsalı olan bir çox müasir silahları qoyaraq qaçıb.
Terrorçuların həmçinin bəzi müasir silahlardan istifadə qaydalarını bilmədikləri də müəyyən edilib.
Məlumata görə, terrorçuların qoyub qaçdığı silahlar arasında hədəflərin lazerlə işarələməsində istifadə olunan müasir avadanlıqlar və ən son texnoloji xüsusiyyətləri olan tank əleyhinə raketlər də var. (axar.az)