Ötən gün ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaradakı görüşündə Türkiyə tərəfi bir sıra tələblər irəli sürüb.
Türkiyə YPG-nin Fərat çayının şərqinə çəkilməsini və Amerika-Türk əsgərlərinin Mənbicdə birgə yerləşdirilməsini təklif edib.
Reuters-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Amerika təklifi qəbul edib.