PKK terror təşkilatının Suriya qolu sayılan YPG döyüşçüləri Türkiyə Silahlı Qüvvələrinin qarşısını almaq üçün hərəkətə keçib.
Terrorçular türk ordusunun hücum ehtimalını nəzərə alaraq, Qamışlı şəhərindəki bütün evləri boşaldıblar.
Bundan başqa, YPG şəhərdə xəndəklər qazaraq, barrikadalar qurub və dinc sakinlərin arasında özlərinə uşaq, gənc demədən məcburi şəkildə döyüşçülər seçməyə başlayıblar.