Pakistan Səudiyyə Ərəbistanına konsultasiya adı altında hərbçilərini göndərib.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Hərbçilərin Ər-Riyadda nə edəcəyinin bilinmədiyi qeyd edilir.
Pakistanın ehtiyatda olan generalı Rahel Şərifin həmçinin Səudiyyə Ərəbistanının Yəmənə qarşı yaratdığı hərbi koalisiyanı idarə edəcəyi iddiaları da səsləndirilib. Ər-Riyada göndərilən hərbçilərin Şərifin tabeliyinə verilib-verilməyəcəyi açıqlanmayıb.
Qeyd edək ki, Ər-Riyad bundan öncə Pakistandan Yəməndəki İran təsirini qırmaq üçün gəmi, təyyarə və hərbçi istəmişdi. Pakistan parlamenti bu qərarın əleyhinə çıxmışdı.(axar.az)