Suriyanın ərazi bütövlüyü barədə heç kim narahat olmasın.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Terror qruplaşmaları ilə mübarizə aparan heç kimə qarşı deyilik. Fəqət PKK və YPG-ni qorumaq üçün bura gələnlərə fürsət verməyəcəyik”, - Çavuşoğlu deyib.
Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı Türkiyə sərhədləri yaxınlığında yaradılmış terror koridorunun ləğv edilməsi üçün yanvarın 20-də başladılıb. (axar.az)