Kərkükün cənubundakı Tuzhurmatu-Dakuk rayonları arasında mülki vətəndaşları daşıyan avtobusa hücum edilib.
Hücum nəticəsində 6 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisi azyaşlı uşaqdır.
Əldə edilən məlumata əsasən, naməlum silahlı şəxslər səfərdən qayıdan avtobusa hücum ediblər. Hadisə yerinə təcili tibbi yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb edilib. Yaralılar Tuzhurmatu xəstəxanasına cəlb edilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz boynuna götürməyib. (Ölkə.Az)