İŞİD terrorçuları Suriya ordusunun Deyr əz-Zorda yerləşən qüvvələrinə hücum edib.
Bu barədə “Əl Məsdər Nyus” agentliyi məlumat yayıb.
Ölən və yaralananların sayı barədə məlumat verilmir. Agentliyin məlumatına görə, Suriya hərbçilərinə edilən qəfil hücum Mayadin şəhərində baş verib. Hökumət qüvvələri hücumun qarşısını ala biliblər. Yaxın qəbilələrin döyüşçüləri və Milli Müdafiə Qüvvələri onların köməyinə gəlib.
Agentlik bildirib ki, əvvəllər İŞİD döyüşçüləri Deyr əz-Zorun şərq hissəsinə bir neçə dəfə hücuma cəhd ediblər. (Axar.az)