İŞİD-i kim yaradıb iddialar, ehtimallar və gerçəkliklər

Münaqişələr 10:58 14.04.2018

21-ci əsrin, eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır

Rusiya XİN sözçüsü ABŞ hökumətini İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib. ABŞ prezidenti Trampın Rusiyanı hədəfə alan “tvit”lərində İŞİD-in məğlub edilməsində Amerikanın roluna işarə etməsini Moskva cavabsız qoymayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “facebook” səhifəsində ABŞ-ı İŞİD-i yaratmaqda günahlandırıb. Sitat: “Sadəcə, hələ heç kəs İraqa görə ABŞ-a təşəkkür edib qurtarmayıb, hansı ki, müdaxilənin yekununda İŞİD peyda oldu”.

Qeyd edək ki, İŞİD-in aktiv şəkildə mövcud olduğu 4 ildə bu qruplaşma haqda. Onun yaranmasında müxtəlif ölkələrin adları hallanıb. Suriya, İran, Rusiya, Türkiyə kimi ölkələrin adı İŞİD-in yaradılmasında hallanıb. Məsələn, 2014-cü ildə İraq sünni alimlərinin lideri, İraq Alimlər Birliyinin sədri Xalid əl-Molla yerli mətbuata müsahibəsində bildirmişdi ki, Səudiyyə Ərəbistanı, Misir, Tunis, Əlcəzair, Mərakeş, Liviya kimi ölkələr İŞİD-in terror fəaliyyətinə dəstək verib. Təbii ki, bu iddiaları adətən qarşı tərəflər öz rəqiblərinə ünvanlayıb. Bu sırada adı ən çox hallanan ölkələrdən biri də ABŞ olub. Bunun isə bir neçə səbəbi olub. Bunlar bir çox etiraflar və sənədlər, habelə məlumatlara əsaslanır.

Mariya Zaxarova ile ilgili görsel sonucu

4 il əvvəl keçmiş amerikalı kəşfiyyatçı Eduard Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının dayandığını bildirmişdi. Amerikalı kəşfiyyatçıya görə, İŞİD Yaxın Şərqdə yeni qaydalar və təhdidlər yaratmaqla adı gedən 3 ölkənin maraqlarına xidmət edir. Oxşar fikrilərin, keçmiş dövlət katibi Hillari Klintonun kitabında da yer aldığı iddia olunurdu. Belə ki Klintonun İŞİD-in yaranmasında ABŞ-ın dolayısı ilə rolunun olduğunu etiraf etdiyi qeyd edilirdi.

ışid'i kim kurdu ile ilgili görsel sonucu

Məsələ ondadır ki, İŞİD İraqda, ABŞ işğalı dövründə yaranıb. Qruplaşmanın lideri ABŞ ordusu tərəfindən həbs olunub və bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Bundan başqa ABŞ-ın İŞİD mənəvi-ideoloji bazası hesab olunan qruplarla Əfqanıstanda 80-ci illərdə əməkdaşlıq etməsi, oxşar prosesin Suriya və İraqda da baş verdiyi ilə bağlı iddialara səbəb olub.

2014-cü ildə Rusiya mediası İŞİD döyüşçülərinin İordaniyadakı Amerika hərbi düşərgələrində təlim aldığı haqda məlumat yayıb. “Russia Today”da yayımlanan məqalədə İordaniyada CİA (Mərkəzi Kəşfiyyat İdarəsi - K.) təlimçilərinin İŞİD-çilərə təlim keçdiyi, qruplaşmanın maliyyəsinin isə körfəz ərəb ölkələrindən gəldiyi iddia olunurdu. Məqalədə qeyd olunurdu ki, qruplaşmanın bu qədər sürətlə güclənməsinin arxasında əsas maraq Yaxın Şərqin yenidən xaosa sürüklənməsi olub. İŞİD vasitəsilə dünyanın ikinci böyük neft ölkəsi İraqın və Yaxın Şərqin açar ölkəsi Suriyanın nəzarət altında saxlanması planlanıb. Maraqlıdır ki, İordaniyanın bəzi dövlət məmurları İŞİD liderlərinin bir qrupunun 2012-ci ildə İordaniyadakı bir düşərgədə CİA (MKİ) və ABŞ xüsusi təyinatlı təlimçiləri tərəfindən hazırlandığını etiraf ediblər. Bu təlimlərin xərcləri isə Səudiyyə Ərəbistanı və Qətər hökumətləri tərəfindən təmin olunub. Ancaq ABŞ hökuməti bu təlimlərin “mülayim” islamçı müxaliflərə keçildiyi, sonradan onların İŞİD-ə qoşulduğunu bildirmişdi.

ışid'i kim kurdu ile ilgili görsel sonucu

2004-cü ildə İraqın ABŞ ordusu tərəfindən işğalına qarşı mübarizə məqsədi ilə “əl-Qaidə”nin İraq qolu olaraq yaranmış İŞİD həmin vaxt Amerika ordusuna qarşı savaşıb. İŞİD növbəti dəfə Suriyada 2011-ci ildə peyda olub və bu dəfə B.Əsəd ordusuna qarşı savaşıb. Ancaq az sonra qruplaşma tutduğu ərazilərdə dövlət yaratdığını bəyan edib və bu səbəbdən digər müxalif qruplaşmalarla münaqişəyə girib. 2014-cü il yanvarın 3-də isə İŞİD-lə digər böyük müxalif qruplaşma olan “ən-Nusra” arasında qanlı toqquşmalar başlayıb. Hazırda İraq və Suriyada, demək olar ki, sıradan çıxarılan İŞİD-in kiçik ərazilərdə nəzarəti qalıb. Suriyanın mərkəzində, Deyr əz-Zor vilayətində, cənubda İsrail sərhədinə yaxın Təsil bölgəsində və Dəməşqin cənub-şərqində əsasən fələstinlilərin qaldığı Yərmuk düşərgəsində və İraqla sərhəddə kürdlərin nəzarətindəki bölgədə İŞİD varlığını davam etdirir. İraqda isə Kərkük ətrafı, Ənbar vilayətində səhralıq ərazidə İŞİD silahlıları mövcuddur. Bundan başqa Liviyada Benqazi şəhəri yaxınlığında. Misirdə Sina yarımadasında, Yəməndə, Əfqanıstanda və Nigeriyada İŞİD varlığını hələ də qoruyub saxlayır.

Ekspertlərə görə, İŞİD yaranmasında konkret olaraq hansısa dövlətin adını çəkmək mümkün olmasa da, müəyyən dövrlərdə müxtəlif dövlətlər bu qruplaşmaya təsir göstərməklə ondan faydalanmağa çalışıblar. Həm bölgə ölkələri (yuxarıda adları sadalanan - K.), həm də bir sıra Qərb ölkələrinin İŞİD faktorundan istifadə etdiyi və qruplaşma ilə gizli əlaqələrə sahib olduğu haqda informasiyalar var. Bu səbəbdən də bu cür ittihamların bir qayda olaraq “yapışacaq qədər” əsası hər zaman var. Çünki 21-ci əsrin eləcə də 20-ci əsrin qanlı təcrübəsi göstərdi ki, bu cür terror təşkilatlarının arxasında hər zaman qüdrətli dövlətlər və kəşfiyyat orqanları dayanır.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Hamısı