ABŞ, Böyük Britaniya və Fransanın Suriyadakı obyektlərə 100-dən çox raket atmasından sonra yerli sakinlər Dəməşq küçələrinə çıxıblar.
Suriya xalqı səhər saatlarından beynəlxalq koalisiyaya qarşı etiraz aksiyasına başlayıb. Sakinlər əllərində Suriya ilə yanaşı Rusiya və İran bayraqları qaldıraraq ABŞ-ın təcavüzünü pisləyiblər.