Türkiyənin Rusiyadan S-400 zenit raketlərini almaq haqqı var.
Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, silah satışı və alışı bir ölkənin verəcəyi qərardır. O, Türkiyənin həmçinin ABŞ-dan Patriot sistemlərinin alışı ilə bağlı danışıqları davam etdirdiyini bildirib.