İŞİD terror qruplaşmasının döyüşçüləri Dəməşqin cənubunda Əz-Zəhra yaşayış məntəqəsini atəşə tutub.
Suriya polisi atəşin hələ də terrorçuların əlində olan Əl-həcr-əl-əsvad məntəqəsindən aparıldığını bildirib.
Qeyd edək ki, çərşənbə günü İŞİD terrorçularının hücumu zamanı Dəməşqdə 4 nəfər ölmüş, 24 dinc sakin yaralanmışdı.