İraq ordusu və könüllülər Kərkük vilayətində daha bir kəndi azad edib. İŞİD terrorçularından təmizlənən Kəbruk kəndi Məhmur şəhərinin qərbində yerləşir.
Qeyd edək ki, İraq ordusu hələ də Fəlluca şəhərinin cənubunda İŞİD terroçularına qarşı keçirdiyi əməliyyatı davam etdirir.
Fəllucanın iki məntəqəsində 13 İŞİD terrorçusunu və onlara məxsus avtomobilləri məhv edilib.
Xatırladaq ki, Fəllucanın cənubunda keçirilən antiterror əməliyyatlarında son iki həftə ərzində 140 İŞİD terrorçusunun öldürüldüyü bildirilir.