İraq Hərbi-Hava Qüvvələrinin Suriyada həyata keçirdiyi hava hücumları nəticəsində 45 İŞİD terrorçusu məhv edilib.
Bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb. Ordudan bildirilib ki, F-16 hərbi təyyarələri Hajin qəsəbəsində İŞİD-çilərin yerləşdiyi 3 binaya aviazərbələr endirib.
Ölən il terrorçular arasında İŞİD-in qrup lideri Əbubəkr Bağdadinin şəxsi kuryerinin, müharibə nazirinin köməkçisinin və polis şefinin olduğu bildirilir.