İran-Pakistan sərhədində atışma baş verib.
Bu barədə məlumatı İran polisi yayıb. Polis sərhəddə İran sərhədçilərinə naməlum şəxslər tərəfindən atəş açıldığını bildirib.
Nəticədə bir İran sərhədçisi ölüb. İnsidentin İranın cənub-şərqindəki Zahidan şəhərinin yaxınlığında baş verdiyi bildirilib.