Rusiya Qolan təpələrində hərbi polis postları quraşdırılacaq.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudski deyib. Onun sözlərinə görə, Suriya-İsrail sərhədində beynəlxalq müşahidəçilərin işi 2012-ci ildə dayandırılıb və indi bu işin yenilənməsi üçün şərait yaranıb.
Qeyd edək ki, İsrail bundan öncə Suriya-İsrail sərhədindən İrana məxsus hərbi birləşmələrin çəkilməsini istəmişdi.