Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda zirehli polis avtomobili minaya düşüb, bir polis əməkdaşı şəhid olub, 8 polis yaralanıb.
Məlumatı təhlükəsizlik qurumları yayıb.
Partlayış polis avtomobilinin keçəcəyi yola terrorçu PKK qruplaşmasının yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.
Bölgədə antiterror əməliyyatı davam edir. (report)