Taliban yaraqlılarının Əfqanıstanın Uruzqan əyalətinin Çinartu rayonundakı hərbi bazaya hücumu nəticəsində 40 əsgər həyatını itirib.
“Anadolu” agentliyi xəbər verir ki, bu haqda Çinartu rayonunun polis şefi Əhtar Məhəmməd bildirib.
Hücumda bir neçə əsgərin yaralandığını deyən polis şefi bir çoxunun itkin düşdüyünü söyləyib. Məhəmmədin sözlərinə görə, toqquşma zamanı Taliban döüşçüləri də öldürülüb.
Talibandan verilən bəyanatda isə hərbi bazanın ələ keçirildiyi bildirilib.