ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda qalmağa davam edəcək.
Bunu koalsiya qoşunlarının rəhbəri polkovnik Şon Rayan Əbu Dabidə keçirilən mətbuat konfransında deyib.
“Biz İraqda nə qədər lazımdırsa, o qədər də qalacağıq. İŞİD-in məğlubiyyətindən sonra əsas məsələ işğaldan azad edilmiş rayonlarda sabitliyin təmin olunmasıdır”, - koalisiya rəhbəri deyib.