Əfqanıstan Prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil şəhərinə raket zərbələri endirilib.
Bu barədə “Tolo Nyus” informasiya yayıb.
Məlumata görə, hücum saat 08:30 radələrində baş verib. Raketlər prezident sarayı və bir çox ölkənin səfirliklərinin yerləşdikləri hökumət kvartalı istiqamətinə atılıb.
Hadisənin təfərrüatları və xəsarət alanlar barədə informasiya verilməyib.