“Terrorçular Suriya hökumətinə ləkə yaxmaq məqsədilə İdlib vilayətində kimyəvi silahlardan istifadə ilə provakasiyaya hazırlaşırlar”.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov danışıb.
Onun sözlərinə görə, “Təhrir əş-Şam” terrorçuları İdlib vilayətində provakasiya hazırlayırlar. Belə ki, onlar burada kimyəvi silahlardan istifadə edərək, onu hökumət qüvvələrinin üzərinə atmağı planlaşdırır.
Konaşenkov bildirib ki, son nəticədə bu hücum ABŞ, Britaniya və Fransanın Suriyadakı hədəflərə qarşı aviazərbələr endirməsi üçün bəhanə kimi istifadə ediləcək.
Sözçü ABŞ-ın “Arleigh-Burke” sinifli idarəolunan raket esminesi “US Sullivans”ın artıq İran körfəzinə yerləşdirildiyini də sözlərinə əlavə edib. Rusiya MN-in məlumat bazasına görə, bu esminesin göyərtəsində 56 raket mövcuddur.