PKK terror təşkilatının Fransanın Marsiliya şəhərindəki Demokratik Cəmiyyət Mərkəzinin idarəçilərindən olduğu iddia edilən Yılmaz. A.Hamzabeyli sərhəd keçid məntəqəsində saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, MİT-in Ədirnə Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında hərəkətə keçib.
Y.A.Hamzabeyli Bolqarıstana keçmək istəyərkən saxlanılıb. O, tibbi müayinədən keçəndən sonra Ədirnə polisinə təhvil verilib.
Araşdırma zamanı Y.A-nın terrordan axtarılanlar siyahısında qırmızı kateqoriyada olan Ramazan.A-nın qardaşı olduğu öyrənilib.