Türkiyənin Şırnak bölgəsinin Beytüşşəbap mahalında yerləşən Faraşin yaylağında PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Kəşfiyyat orqanları səhər 06:30 radələrində Beresih təpəsində 5 terrorçu aşkar edib. Bundan sonra havadan dəstək verilməklə təşkil olunan əməliyyat nəticəsində 5 PKK-çı məhv edilib.
Qeyd edək ki, əməliyyata şəhid jandarma Songül Yaqutun adı verilib.