Şanlıurfa mahalının qarşısında yerləşən və terror qruplaşması PYD-nin nəzarətində olan Telabyad bölgəsindən Türkiyə istiqamətində atəş açılıb.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, atəşə türk ordusu dərhal qarşılıq verib. Ordunun müdaxiləsindən sonra qarşı tərəf atəşi dayandırıb.