YPG terror qruplaşması Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı ilə azad etdiyi Afrin bölgəsinə hücuma hazırlaşır.
Bu barədə YPG-nin onurğasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü danışıb.
“Afrinin azad edilməsi üçün qarşımızda bir əməliyyatın dayandığı ortadadır. Bunun üçün bir az zamana ehtiyac var, ancaq əməliyyatla bağlı hazırlıqları davam etdiririk”, - SDQ sözçüsü bildirib.