Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ölkə ərazisində və şimali İraqda son bir həftə ərzində 62 terroristin məhv edildiyi barədə məlumat yayıb.
Müdafiə Nazirliyi 31 Avqust- 6 Sentyabr aralığında PKK/KCK terror təşkilatının qərərgahları olan Şırnak, Siirt, Hakkari, Diyarbakır və Mardin ilə şimali İraqda hərbi əməliyyatlar həyata keçirdi.
Əməliyyatlarda 62 terrorist zərərsizləşdirilərkən 15 piyada tüfəngi, 1 AT-5 tank əleyhinə raket, 27 ədəd 60 millimetr çaplı minaatan, 12 RPG-7 qumbara atanı, 16 əl qumbarası və başqa silah sürsat məhv edildi. Bu sırada 1 əsgər şəhid oldu və 3 əsgər yaralandı.
Zeytun Budağı əməliyyatlarında isə bu günə qədər 4573 terrorist məhv edilərkən 54 əsgər həlak oldu və 241 əsgər yaralandı.