3 milyona yaxın insan İdlibdə müharibənin hədəfindədir. BMT Humanittar İşlərin Koordinasiyası Ofisinin verdiyi məlumata əsasən Suriyanın İdlib əyalətində humanitar hüquq qaydaları ifrat dərəcədə pozulur.
Mülki binalar əsasən xəstəxanalar artilleriya zərbələrinə tuş gəlir. Suriya münaqişəsində bir neçə müxtəlif tərəflər vardır və onların hərbi müdaxilə istəkləri əyaləti dağıntılar altına alır. BMT münaqişəli zonada humanitar hüququn qaydalarına riayət olunmasının tərəfindədir.
Bu hüquq mülki və hərbi şəxslərin və obyektlərin ayırd edilməsi və günahsız insanların hədəfə alınmaması deməkdir. Lakin, münaqişə dövründə bir çox şəhərlərdə baş vermiş döyüşlərdə mülki binaları hədəfə alınır. 7 illik Suriya böhranı beynəlxalq humanitar hüququn dəhşətli tərzdə pozulmasına şahidlik edib.
İdlibdə son atışmalar zamanı 30 min insan yerlərindən didərgin düşüb və 3 milyon insanın həyatı isə hər an təhlükə altındadır. Nəzərə alaq ki, 3 milyonun 1 milyonu uşaqlar, 1.4 milyonu isə digər zonalardan köçüb bura sığınanlardır.
Son zərbələrdə 4 xəstəxana vuruldu və insanların hardan tibbi xidmət alması sual altında qalaraq davam edir. İdlibdə yaralıların tibbi xidmətə çıxışının məhdudluğu onların bir çoxunun həyat itkisi ilə qarşılaşdırır.
Beynəlxalq humanitar hüquq dinc əhalini və mülki obyektləri qoruyur. lakin bu qanunların icrası təəssüf ki, çox zaman pozulur.