Rusiya-Türkiyə razılığı Suriyada sonuncu üsyançı istinadgahı olan İdlibdəki əhaliyə “ümid işığı” bəxş edib. Bu barədə Eurasia Diary "Aljazeera"ya istinadla xəbər verir.
15-20 km enlikdə olan zolaqda radikal döyüşçülərin ərazini tərk etməsi üçün bir bufer zona yaradılıb. Lakin, əhalinin bir qismi bu razılıqdan sonra hökumət qüvvələrinin genişmiqyaslı hərbi əməliyyatlara başlayacağından hələ də ehtiyat edir.
Qeyd edək ki, İdlibdə 3 milyon əhali var və onun yarısı məcburi köçkünlərdir. İdlibdə insanların bir çox tələbatları düzgün qarşılanmır. Ancaq, bu sazişin əldə edilməsi İdlib əhalisinə bir çox xidmətlərdən yararlanmaq imkanı verəcək.
Bu saziş BMT tərəfindən alqşla qarşılandı və razılıq bütün tərəflərin maraqlarına xidmət edəcək. Baxmayraq ki, Türkiyə və Rusiya fərqli tərəfləri dəstəkləyir, onlar bu sazişin həyata keçirilməsində zəmanətçi tərəflərdir.