Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nüvə materialının qanunsuz satışı ilə bağlı saxladığı şəxslərdən biri Ermənistanlı deputatın qardaşı oğludur.
“Eurasia Diary” Ermənistan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi Savle Motiaşvili aprelin 18-də saxlanılanlardan 3-ünün Ermənistan, 3-ünün isə Gürcüstan vətəndaşı olduğunu bildirib.
Saxlanılan şəxslərin adı açıqlanmasa da, Ermənistan KİV-ləri onlar arasında erməni deputat Arkel Movisisyanın qardaşı oğlunun da olduğunu bildirir.
Müstəntiq saxlanılanlardan birinin evindən zavodda hazırlanmış və içərisində uran (U238) olan konteyner aşkar edilərək götürüldüyünü deyib.
Radioloji ekspertiza müayinəsi nəticəsində bu maddənin insan sağlamlığına təhlükəli olduğu müəyyənləşib.
Xatırladaq ki, şübhəli şəxslər əldə etdikləri radioaktiv maddəni 200 milyon dollara satmağa cəhd edərkən tutulublar.
Faktla bağlı cinayət işi başlanıb. Cinayətləri sübut olunacağı halda, saxlanılanlar 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.