Beynəlxalq Qida Proqramı (BQP) ərzaq qıtlığının yaşandığıYəmənə çıxışının olmamasını söyləyib. Bu barədə Eurasia Diary Aljazeera-a istinadla xəbər verir.
“Yəmən bir fəlakətdir mən yolun sonunda işıq görmürəm”, BQP-nin icraçı direktoru Devid Bizli söyləyib.
Yəmən əhalisinin 29 milyonunun 18 milyonu qida təhlükəsizliyinə malik deyil. 8.4 milyonu isə kəskin dərəcədə qıtlıqla üzləşib. Ərzağın qiymətinin artması 12 milyon insanın aclıq riski ilə üz üzə qoyacaq.
“Əgər çıxışımız olmasa o zaman, yoxlamalar da apara bilməyəcəyik”.
Xüsusilə Hudeyda limanında vəziyyətin kritik olması ərzaq təminatında ciddi problemlər yaşadır. Belə ki, ölkəyə gələn ərzaq və tibbi məhsulların 70-80%-i bu limandan keçir.
BMT tərəfindən 1.97 milyard dollarlıq yardım paketinin yarısı Səudiyyə Ərəbistanı və BƏƏ maliyyələşdirir. BMT dövlətləri bu regionda vəziyyətin gərginliyi ilə bağlı ciddi tədbirlər görməyə çağırır.