Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, Qərbi Efipiyada on minlərlə insan etnik qarşıdurma nəticəsində öz yurdlarını tərk edib. Efiopiyanın Benişanqul Qumuz vilayətində məskunlaşan etnik oromlar təzyiqlər nəticəsində Oromiya vilayətinə köç ediblər.
Oromiya vilayətindən verilən məlumata görə onların sayı 70 minə çatıb.
BMT-nin verdiyi hesabata görə milyona yaxın insan Aprel ayında başlayan Efiopiyanın Cənubunda baş verən etnik qarşıdurmaların nəticəsində qaçqın düşüb.