Eurasia Diary Haber7-yə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 5 hərbiçidən 3-ü dünyasını dəyişib. Şəhid sayı bununla 7-yə çatıb, 2 yaralı əsgər isə müalicəsini davam etdirir.
***
Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb.
Eurasia Diary Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb.
Hadisə bu gün səhər saat 06:00 radələrində baş verib.
Hücumdan sonra qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə hava güclərinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlayıb.