Litvanın Padrade poliqonunda keçirilən NATO təlimi zamanı Almaniya ordusunun hərbçisi həlak olub. Eurasia Diary Axar.az a istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, alman hərbçinin idarə etdiyi zirehli maşın ağaca çırpılıb. Nəticədə hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.