Xarici köməyin yoxluğuna görə 17 illik müharibə ölkəsi olan Əfqanıstanda 3 milyon insan aclıqla üz üzədir. BMT bazarertəsi Əfqanıstana təcili yardımların edilməsinə çağırıb.
“Əfqanıstanda insanlar günə bir dəfədən də az yeməklə yəni çay və quru çörəklə sağ qalmağa çalışırlar”, Əfqanıstanda BMT-nin humanitar koordinatoru Tobi Lanzer söyləyib.
8 milyon insanın az qidalanması və 3 milyonunun isə aclıqla üz-üzə qalması ilə Əfqanıstan dünyanın ən yüksək aclıq göstəricisinə sahib olan ölkəsi kimi qeyd olunub.
“Heç bir uşaq soyuqda qalmamalı, küçələrdə yatmamalı, cırıq parçadan olan sığınacaqda qalmamalıdır. Minlərlə uşaq qaçqın şəraitində yaşayır. Biz onlara yardım etmək üçün burdayıq”, - deyə Lanzer “Twitter” hesabında yazıb.
Lanzer söyləyir ki, 600 min insana un, bitki yağı və mərcimək paylanılıb, lakin vəziyyət ağır olmaqda davam edir. Bir çox insanlar bu yaşayışın onlarn həyatında ən pis vəziyyət olduğunu deyir, son ildə kəskin yağışlar və soyuqlar ölkədəki situasiyanı daha da gərginləşdirib.
Qlobal Ərzaq İndeksi Əfqanıstanda 6 milyon insanın 3-4-cü səviyyədə aclıq çəkdiyini bildirir.
“This is where human tragedy stares you in the face.” Moved by the words of people suffering from “the worst drought in my lifetime.” #Badghis #Afghanistan pic.twitter.com/UdyF87jzed
— Toby Lanzer (@tobylanzer) 1 Ekim 2018