ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasiyasının cümə günü Fəratın şərq sahilində yerləşən Hacinşəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatın itirib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın insan haqlarına riayət olunmasına nəzarət Mərkəzinə istinadən "Al-Hadath"telekanalı məlumat yayıb.
Bildirilir ki, koalisiya təyyarələri İŞİD qruplaşmasının ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.
Bundan əvvəl Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürüldüyü bildirilib.