Somalinin paytaxtı Moqadişuda ötən cümə günü törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb, 58 nəfər yaralanıb.
Eurasia Diary xəbər verir ki, yerli polis orqanları dağıntılar altından yeni cəsədlərin çıxarıldığını bildiriblər. Orada insanların qalıb-qalmadığı məlum deyil. İtkin düşənlərin axtarışı davam etdirilir.
Moqadişunun mərkəzindəki mehmanxananın qarşısında, cinayət işlərinin təhqiqatı departamentinin yaxınlığında minalanmış avtomobillər partladılıb. Hücumun məsuliyyətini Əş-Şabab terror qruplaşması üzərinə götürüb.