İsrailin Qəzza sketorundan atəşə tutulması nəticəsində xəsarət alanların sayı 53 nəfərə çatıb.
Eurasia Diary-nin məlumatına görə, bu barədə İsrailin Təcili Yardım Xidməti "Twitter"də bildirib.
Məlumata görə, yaralılardan ikisi kritik vəziyyətdədir. Qeyd edilir ki, yaralıların əksəriyyətinin xəsarətləri yüngüldür.
Yerli "News.co.il" isə raket atəşləri nəticəsində 1 nəfərin həlak olduğunu xəbər verib.
Daha əvvəl raket atəşləri nəticəsində 34 nəfərin xəsarət aldığı bildirilirdi.