Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanı ərazisinə raket atəşi açmağı dayandırdıqlarını elan ediblər.
Eurasia Diary İsrail KİV-inə istinadən xəbər verir ki, bunu husilərin ali inqilab komitəsinin başçısı Məhəmməd əl-Husi bildirib.
Krallıq ərazisinə pilotsuz uçan aparatların (PUA) uçuşu da dayandırılıb.
Bu, Hodeydəki koalisiyanın hücumları dayandırmasına cavab addımı sayılır.