Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Eurasia Diary-nin xəbərinə görə, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarına əsasən, Baş Qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ukrayna Silahlı Qüvvələrinin “tam” döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı sərəncam verib”, - Müdafiə Nazirliyindən bildirilib.